23 C
Baku
Sunday, September 29, 2024

Ağdamda elektrik paylayıcı avadanlıqları və elektrik yuvaları istehsal olunacaq

Ağdam Sənaye Parkının rezidenti kimi 2022-ci ildə qeydiyyata alınan “Eel Electric” MMC elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq. Müəssisədə 35-10 kV paylayıcı qurğular, 0.4 kV paylayıcı panellər, kondensator qurğuları, müxtəlif növ transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

MMC-nin təsisçisi və direktoru Vüsal Mirzəyev bildirib ki, hazırda müəssisədə tikinti işləri yekunlaşmaq üzrədir. İndiyədək görülmüş işlərə təxminən 1.5 milyon manat investisiya yatırılıb və işlərin 75 faizi yekunlaşıb. Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.

Ağdam Sənaye Parkının 1.7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər