Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs “6-CI Mərtəbə” Müstəqil şirkəti ilə 34 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 33.714.449 manatdır.