Ağdamda iki məhəllə üzrə yaşayış binalarının tikintisi 20 mln. manata başa gələcək

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Merkuri-İnşaat” MMC ilə təxminən 20 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 19 285 867 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər