22 C
Baku
Saturday, June 29, 2024

Ağdamda il ərzində 5 milyon kvadratmetr dam örtüyü istehsal ediləcək

Ağdam Sənaye Parkının rezidenti “PROF-DAM” MMC tərəfindən dam örtükləri zavodunun inşasına 2023-cü ilin 2-ci rübündən etibarən başlanılıb. İndiyədək görülmüş işlərə 4 milyon manat investisiya yatırılıb və işlərin 85 faizi yekunlaşıb. Hazırda zavodda metal dam örtükləri istehsalı üçün nəzərdə tutulmuş İtaliya, Finlandiya, Rusiya, Türkiyə, Çin mənşəli avadanlıqlar quraşdırılır.

MMC-nin direktoru Arif Ataşov  bildirib ki, müəssisədə profnastil adlandırılan metal profilli təbəqələr, metal kirəmit tipli dam örtükləri və aksesuarlar, habelə gələcək dövrdə sendviç panellərin istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min ton metal dam örtüyüdür. Bu da təxmini hesabla il ərzində 5 milyon kvadratmetr dam örtüyü deməkdir.

Müəssisənin yaxın vaxtlarda fəaliyyətə başlaması nəzərdə tutulur. Zavodda ilkin dövrdə 25 nəfərə yaxın, tam istehsalat gücündə isə 40 nəfərin işləməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər