10 C
Baku
Friday, December 13, 2024

Ağdamda ilk yanacaqdoldurma məntəqəsi açıldı

İşğaldan azad edilmiş Ağdamda SOCAR brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

İ.Əhmədov qeyd edib ki, bu, SOCAR-ın sayca 40-cı yanacaq doldurma məntəqəsidir:

“YDM-in istifadəyə verilməsi Qarabağda quruculuq işlərinin həyata keçirildiyi bir vaxtda nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi üçün olduqca əhəmiyyətlidir”.

SOCAR rəsmisinin sözlərinə görə, modul tipli məntəqədə “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər