-1 C
Baku
Friday, February 21, 2025

Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq

Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər
Digər xəbərlər