19 C
Baku
Saturday, June 14, 2025

Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya və ərəb ölkələrinə ixrac olunacaq

Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya Federasiyası və ərəb ölkələrinə ixrac olunacaq.

Bu fikirləri”BAFCO MMC”nin baş direktoru Elnur Allahverdiyev bildirib.

Fabrikin baş direktor u müəssisədə xüsusi təyinatlı ayaqqabıların istehsal olunduğunu bildirib və vu günkü ixracın qürurverici olduğunu dilə gətirib:

“Biz BAFCO MMC olaraq Ağdam Sənaye Parkında ayaqqabı fabrikini açmışıq. Bizim üçün qürurverici hir gündür ki, bu gün fabrikimizdən ilk dəfə olaraq Qazaxıstana məhsul ixrac edəcəyik”.

E. Allahverdiyev ayaqqabıların istehsalında yüksək keyfiyyətrin əldə edilməsi üçün müasir avadalıqların yüksək potensialından söz açıb:

“İlk ixracımız 5 000 cüt təşkil edir. Burda poliretan ayaqqabılardan tutmuş fəhlə ayaqqabılarına kimi, müxtəlif təyinatlı məhsullar mövcuddur”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər