“Komfy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Bununla da rezidentlərin sayı 21-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri ₼2.3 milyon olan müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.