“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “SMTS” MMC ilə 26 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 26 013 265 manatdır.