22 C
Baku
Wednesday, September 3, 2025

Ağdamdakı aqrar şirkətin kapitalı 8.1 mln. manata qaldırıldı

“Agro Food İnvestments” MMC-nin portfelində yeni yaradılmış aqrar şirkət “Zəfər Bağları” MMC-nin nizamnamə kapitalı kəskin artırılmaqla 8 milyon manatı keçib.

Banker.az-ın əldə etdiyi məlumata görə, aqrar şirkətin kapitalı 3 milyon 200 min manat artırılmaqla 8 milyon 210 min manata qaldırılıb.

Şirkət 2024-cü ilin fevralında 10 min manatla təsis edilmişdi. Beləliklə, yarandığı gündən indiyə qədər əlavə 8 mln. manat yatırım edilib.

Bu bağlar Ağdam rayonun ərazisində salınıb. Şirkət Qarabağ ərazisində yeni bağların salınması və mövcud olan bağların bərpasını həyata keçirir. İlkin olaraq badam və nar bağlarının salınması nəzərdə tutulub.

“Agro Food Investments MMC (AFI) Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun yağı istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir.

Şirkətlər qrupunun qanuni təmsilçisi Vahid Novruzovdur.

Agro Food İnvestments qrupunun idarəetməsində olan törəmə şirkətlər aşağıdakılardır:

Şirkətlər:

  • Agrarco MMC
  • Aqrovest MMC
  • Astaraçay MMC
  • Azbadam MMC
  • Azrose MMC
  • Gala Olives MMC
  • Grand Agro Invitro MMC
  • Grand Agro MMC
  • Lecheq Farm And Distillery MMC
  • Şəmkir Agropark MMC
  • Zəfər Bağlari MMC

Brendlər:

  • “Naturall” ümumi çətir brendi
  • “Olivea” (zeytun yağı və süfrəlik zeytun)
  • “Aqrovest” meyvə və fındıq
  • “Astaraçay” çay
  • “Filli” çay
  • “AZtea” çay
  • “Azbadam” badam

 

Son xəbərlər
Digər xəbərlər