14 C
Baku
Thursday, November 27, 2025

Ağdamın 5-ci yaşayış massivində 32 milyon manatlıq işlər görüləcək

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən yeni satınalma həyata keçirilib.

Məlumata görə, Ağdam şəhərinin 5 nömrəli yaşayış massivində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin görülməsi və avadanlıqların alınması üzrə müqavilə bağlanıb.

Satınalmanın qalibi “Diler İnşaat” QSC olub.

Müqavilənin dəyəri 31.934.173,84 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər