“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-137 üzrə binaların tikintisi işləri”nin satın alınması və “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.
Məhəllə O-137 üzrə binaların tikintisi işləri üzrə ehtimal olunan qiymət 9.643.312 manat, məhəllə O-122 üzrə binaların tikintisi işləri üçün 10.037.878 manat təşkil edir.