9 C
Baku
Friday, December 27, 2024

Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır

Ağdam rayonunun Eyvazxanbəyli kəndində birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. bunun üçün 88,3 hektar torpaq sahəsi ayrılıb.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Bildirilib ki, inşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. Bundan başqa on evin ikimərtəbəli olması nəzərdə tutulur.

Kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Ümumilikdə Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb.

Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Kənddə məktəb, uşaq bağçası, çoxfunksiyalı bina, tibb məntəqəsi və digər obyektlərin tikintisi, istirahət parkının salınması planlaşdırılıb.

Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər