Ağdamın iki kəndinə 19 milyon manat xərclənəcək

Ağdamın iki kəndində su və kanalizasiya sistemi tikiləcək.

Banker.az xəbər verir ki, “Ağdam rayonunun kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi” çərçivəsində yeni layihəyə start verilir.

Satınalan qurum – “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən elan edilən müsabiqə Qərvənd və Eyvazxanbəyli kəndlərini əhatə edir.

Məlumata görə, layihə çərçivəsində hər iki kənddə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi həyata keçiriləcək.

Layihənin ehtimal olunan dəyəri 19.149.354 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər