16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Agentlik ABB-Moskvanın reytinqi ilə bağlı proqnozu yaxşılaşdırdı

Screen Shot 2021 09 02 at 14.34.20

“Эксперт РА” xəbər agentliyinin mütəxəssisi ABB-Moskva  kredit reytinqini ruB+ səviyyəsində təsdiqləyib. Reytinqin proqnozu sabit səviyyədən müsbətə dəyişdirilib ki, bu da ortamüddətli perspektivdə reytinq səviyyəsinin yüksəlmə ehtimalını göstərir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda reytinq agentliyinin analitikləri bankın kapital adekvatlığını yüksək səviyyəsini, aktivlərin məqbul keyfiyyətini, adekvat likvid mövqeyini və korporativ idarəetmənin konservativ qiymətləndirilməsini qeyd edirlər.

“2019-2022-ci illər üçün inkişaf strategiyası, əsasən Rusiya-Azərbaycan ticarətində iştirak edən kredit və xidmət şirkətlərinin inkişafı, pul köçürmə sistemi və konversiya müştəri əməliyyatları hesabına Bankın işinin tədricən diversifikasiyasını özündə cəmləşdirir. Agentliyin fikrincə, bu strategiyanın uğurla həyata keçirilməsi banka əməliyyat səmərəliliyinin səviyyəsini yüksəltməyə və bazarda rəqabət mövqeyini yaxşılaşdırmağa imkan verəcəkdir ki, bu da müsbət perspektivdə öz əksini tapıb”, – deyə “Эксперт РА” hesabatında deyilir.

ABB-Moskva bankının İdarə Heyətinin sədri Zaur Qaraisayev məsələyə şərhzaur qaraisayev bildirib: “Hazırda bankı yeni keyfiyyət səviyyəsinə qaldırmaq üzərində işləyirik. Biz məhsul xəttini genişləndiririk, İT infrastrukturuna əhəmiyyətli sərmayələr qoyuruq və əsas struktur bölmələrindəki kadrları genişləndiririk. Nəticədə, onun ilin sonunda korporativ sektorda işgüzar göstəricilərdə ciddi artım nümayiş etdirəcəyini gözləyirik”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər