Agentlik (AQTA) sədri öz şirkətinə 300 minlik tender qazandırıb

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən elan edilmiş tenderi sədrə məxsus şirkət tərəfdən udulduğu ilə bağlı məlumat üzə çıxıb.

Banker.az xəbər verir ki, agentliyin rəhbəri Qoşqar Təhməzli dövlət qurumuna rəhbərlik etməzdən əvvəl bizneslə məşğul olub. Amma bu fəlayyətin indi də davam etdiyi bbəlli olur. Onun dövlət rəsmisi olaraq büdcədən öz təsisçisi olduğu  şirkətə – yəni özünə pul qazandırmaq fəaliyyəti ilə bağlı maraqlı rəqəm açıqlanıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İqtisadçı-araşdırmaçı Hafiz Babalı bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi “Medeks” MMC-dən son 7 ay ərzində 336,8 min manat dəyərində mallar (baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatlar; laborator sərf materialları) satın alıb. Və bütün bunlar tender yolu ilə həyata keçirib.

Agentliyin sədri Qoşqar Təhməzli isə “Medeks” MMC-nin iki təsisçisindən biridir və o uzun illər bu şirkətin direktoru işləyib. Hətta o bir neçə il əvvəl şirkət rəhbəri olaraq “Ən yaxşı top-menecer” adına da layiq görülüb.