3 C
Baku
Thursday, February 27, 2025

Agentlik: “Bəzi hallarda avtomobillər “boz idxal” yolu ilə ölkəyə gətirilir”

Azərbaycanda bəzi hallarda avtomobillər “boz idxal” yolu ilə ölkəyə gətirilir.

Bunu Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Elşən Cəfərov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, bəzi şəxslər fərdi qaydada avtomobil idxal edərkən vasitəçilərdən istifadə edirlər və burada əsas məsələ bu prosesin kommersiya məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyənləşdirməkdir.

“İstehlakçı kimi, mən hər hansı bir vasitəçiyə müraciət edirəm və ondan iki avtomobil gətirməsini xahiş edirəm – biri özüm, digəri isə qardaşım və ya digər ailə üzvlərim üçün. Lakin burada incə bir məqam var: bəziləri avtomobilləri kommersiya məqsədilə idxal edir, digərləri isə şəxsi istifadə üçün gətirir. Bu məsələləri diqqətlə araşdırmaq lazımdır. Çünki bu prosesin nəzarətsiz qalması qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər”, – deyə E. Cəfərov vurğulayıb.

O əlavə edib ki, sosial və mədəni amillər də nəzərə alınmalıdır və bu sahədə hüquqi tənzimləmələr mühüm rol oynayır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər