15 C
Baku
Saturday, April 20, 2024

Agentlik bu restoranlarda nöqsanlar aşkarladı -Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində pozuntular  aşkar edib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Banker.az xəbər verir ki, pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu‎, T.Xəlilbəyli 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ağaverdi Adil oğluna məxsus “Mado Yapon” restoranı;

2. Bakı şəhəri, Səbail‎ rayonu‎, İstiqlaliyyət 51 ünvanında yerləşən, hüquqi şəxs “Fbco” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Gloria Jeans Coffee” kafesi;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vurğun 25 ünvanında yerləşən, fiziki şəxs “Beat Restaurants” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Yüngül cinayətlər” restoranı;

Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcəkdir.

Son xəbərlər
Digər xəbərlər