28 C
Baku
Saturday, July 27, 2024

Agentlik: Ötən il daxili turizm 3 milyona yaxın səfər itirib

“Pandemiyanın mənfi təsirləri nəticəsində dünya turizm sahəsində 73 faiz azalma olub. Bu rəqəmlər Azərbaycana da aiddir”.

Bunu mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, artıq sərhədlər açılır: “Azərbaycana gələn ölkələrin coğrafiyası genişlənəcək. İnkişafın hansı illərdə olacağı pandemiyanın hansı dövrə qədər davam edəcəyindən asılıdır. Lakin ümumilikdə gözlənilir ki, turizm sahəsindəki rəqəmlər 2023-cü ildə təxminən 2019-cu ildəki rəqəmlərə yaxınlaşacaq. Qeyd edim ki, həmin il Azərbaycana 3 milyon 170 min əcnəbi gəlmişdi, 2020-ci ildə 10 faiz artım gözlənilirdi. Həmin il yanvar-fevralda əvvəlki ilin dövrü ilə müqayisədə 15 faiz artım olmuşdu, lakin daha sonra pandemiya oldu. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirmişdi, bu il bu, bərpa olur, artıq xaricdən gələnlərin sayı da artır. Məsələn, may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım olub. 2025-ci ildə rəqəmlərin 2019-cu ildəki rəqəmlər kimi olacağı gözlənilir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər