7 C
Baku
Sunday, January 29, 2023

Agentlik sədri həkimlərin maaşla bağlı narazılığına münasibət bildirib

“İcbari tibbi sığortanın tətbiqində narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, burada iki artım var: “Biri sabit əlavədir – hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq olan artımdır. İkincisi isə xidmətə görə artımdır. Bir çox həkimlər var ki, göstərdiyi xidmətə görə kifayət qədər böyük vəsaitlər alırlar. Sadəcə bu təzə sistem olduğu üçün yeni vaxt lazımdır ki, həkimlər bunu öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın. Mən düşünürəm ki, xəstəxalar və həkimlər bu ilin sonuna qədər daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin narazılıqlarını başa düşürəm. Ölkədə səhiyyə sahəsində bütün sistemi yenidən dəyişməyə zaman lazımdır”.

Son xəbərlər
Digər xəbərlər
X