28 C
Baku
Wednesday, July 24, 2024

Agentlik sədri: “İngiltərənin səhiyyə şirkətləri ilə müzakirələrə hazırıq”

“Böyük Britaniya ilə icbari tibbi sığorta sahəsində əməkdaşlığa hazırıq“.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Birləşmiş Krallıq səhiyyədə sizin həmkarınızdır” tədbirində bildirib. O, deyib ki, Azərbaycanda artıq neçə ildir ki, başqa ölkələrin icbari tibbi sığorta modeli araşdırılıb:

“Bunların sırasında Böyük Britaniyanın da icbari tibbi sığorta modeli var idi. Artıq bir ildir ki, Azerbaycanda icbari tibbi sığorta tətbiq olunmağa başlayıb. Biz daim başqa ölkələrin təcrübələrini izləyirik. Bu səbəbdən Böyük Britaniyanın da təcrübəsi bizim üçün vacib idi. Xüsusilə, ilkin səhiyyə xidməti. İngiltərənin digər bir müsbət tətbiqi isə özəl və dövlət klinikalarının tərəfdaşlığıdır. Mən bir müddət İngiltərədə yaşamışam, orada demək olar ki, ilkin səhiyyə xidmətindən sonrakı səhiyyə xidmətlərinə müraciət etmirdik. Lakin Azərbaycanın reallıqları nəzərə alınaraq fərqli model seçilib. Nə qədər fərqli olsa da, tək bir amal var və bu da vətəndaşların tibbi xidmətə əlçatanlığı təmin etmək, eləcə də universal tibbi təminata nail olmaqdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq səhiyyə sahəsinin inkişafı üçün İngiltərənin səhiyyə şirkətləri ilə görüşlərə və müzakirələrə hazırıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər