8 C
Baku
Sunday, November 17, 2024

Agentlik sədri Türkiyə ilə icbari tibbi sığorta sahəsində əməkdaşlıqdan danışıb

“Biz icbari tibbi sığortanın qarşılıqlı şəkildə tanınması ilə bağlı Türkiyənin müvafiq qurumu ilə anlaşma memorandumu imzalamışıq”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, sənəddə hər iki ölkə arasında icbari tibbi sığortanın üç il müddətində qarşılıqlı şəkildə tanınması nəzərdə tutulur: “Hesab edirəm ki, üç ilin tamamında buna nail ola biləcəyik”.

Son xəbərlər
Digər xəbərlər