10 C
Baku
Thursday, December 12, 2024

Agentliyin Aparatı üçün “Çinar Park”dan 600 min manata ofis icarəyə götürüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Çinar Park” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sosial Xidmətlər Agentliyi tərəfindən Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 599 082 manatdır.

Qeyd edək ki, “Çinar Park” şirkətinin nizamnamə kapitalı 115 min 388 manat göstərilib, qanuni təmsilçisi Elşən Mirzəyevdir.

Son xəbərlər
Digər xəbərlər