13 C
Baku
Saturday, November 23, 2024

Agentliyə icraçı direktor təyin edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına yeni icraçı direktor təyin edilib.

Bu barədə Agentlikdən məlumat verilib. Qeyd edilib ki, Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb.

Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər