9 C
Baku
Thursday, December 12, 2024

Ağıllı çanta: impulsiv alış-verişdən necə qaçmaq olar?

İmpulsiv alış-verişlər, yəni əvvəlcədən planlaşdırılmayan və emosiyaların təsiri altında həyata keçirilən alış-veriş bütün dünyadakı insanların problemi olduğu kimi, Böyük Britaniyada da böyük təəssüf mənbəyidir.

Araşdırmalara əsasən, britaniyalıların kredit kartları üzrə sahib olduqları borcları 62 milyard funt sterlinq həcmindədir. Bu xərclərin yarısından çoxu impulsiv alış-veriş səbəbindən həyata keçirilib.

Ehtiyacımız olmayan məhsulu əldə etməyin qarşısını almaq üçün bizə yalnızca IBag2 kömək edə bilər. Bu yeni gadgeti isə fərdi maliyyə sahəsində fəaliyyət göstərən Finder şirkəti yaradıb.

Bu ağıllı çanta müştəri qeyri-rasional, faydasız hər hansı bir əşyanı almağa çalışarkən vibrasiya etməyə, işıqlanmağa başlayır və ən son halda istifadəçi pul qabısını çıxarmaq istədikdə bağlanır.

Çanta sahibi ondan istifadə etməyə başlamadan əvvəl fərdi şəkildə sutkanın hansı saatlarında planlaşdırılmamış xərcləri edə biləcəyi zamanı təyin etməlidir. Həmçinin istifadəçi impulsiv alış-verişlər etdiyi mağazaların yerləşdiyi məkanı da qeyd edə bilər. GPS sayəsində qeyd edilən bu məkanları təyin edən çanta sahibinə mümkün xərclər haqqında xəbərdarlıq edir.

Texniki olaraq bütün bunlar cihazın içərisində yerləşdirilən mikroprosessor, taymer və müxtəlif ötürücülər (vibromühərriklər, GPS, Bluetooth, RFID və işıq diodları) vasitəsilə həyata keçirilir.

Sahibinin qənaət etməsinə və şəxsi büdcəsini qorumağa yardım edən bu gadget qənaət məqsədilə yaradılan ilk belə vasitə deyil. Əvvəllər Böyük Britaniyada ağıllı bilərzik yaradılmışdı. Bilərziyin sahibi lazım olduğu məbləğdən daha çox xərcləmək istədikdə onu 255 volt cərəyan vururdu. Bilərzik yaradıcılarının fikrincə, elektroşok müştərini “altından qalxa bilməyəcəyi” xərclərdən xilas etmək üçün ideal vasitədir.

ibag2-placing-items-in-bag-opt1

Son xəbərlər
Digər xəbərlər