7 C
Baku
Sunday, December 15, 2024

Ağıllı insanların axmaqlıqları

Başlanğıc üçün sadə riyazi məsələ. Beysbol topu və ağacının qiyməti birlikdə 1 dollar 10 sentdir. Lakin beysbol ağacının qiyməti topdan 1 dollar daha bahadır. Top neçə dollaradır?

Əksəriyyət topun qiymətinin 1 dollar olduğunu demişdilər. Lakin cavab aydın görünsə də, səhvdir (top 5 sentədir, uyğun olaraq , beysbol ağacı 1 dollar 5 sentdir). Çünki insanlar cavab verməyə tələsir və məsələni həll etmək üçün ən aşkar üsullardan istifadə edirlər.

Iqtisadiyyat üzrə Nobel mükafatı laureatı psixoloq Daniel Kaneman 50 ildən çoxdur ki, bu tipli sınanılmış suallar verir və cavabları təhlil edirdi. Onun eksperimenti insan təfəkkürü haqqında təəssüratları əhəmiyyətli dərəcədə dəyişdi. Qədim filosoflar və müasir iqtisadçılar sosioloqlarla birgə iddia edirlər ki, insan rasional varlıqdır. Lakin Kanemanın tədqiqatı göstərir ki, biz yetəri qədər rasional deyilik.

Insanlar qərar verilməsi tələb olunan situasiya ilə qarşılaşanda demək olar ki, heç vaxt informasiyanı dəyərləndirmir, uyğun statistikanı araşdırmır və s. Bunun əvəzində insanlar qərarlar yalnış stereotiplər və davranış etiketləri əsasında verirlər. Buna görə də bəzən vacib əvəzində axmaq qərarlar qəbul olunur.

Beysbol topu və ağacı ilə bağlı məsələdə də həmin problemlə qarşılaşırıq – əksəriyyət hətta elementar riyazi hesablamalar kimi asan üsulları belə ötürür və insanlar çox vaxt sadəcə olaraq onlara düzgün gələn cavabı tez deyirlər.

Baxmayaraq ki, Kaneman indi çox məşhurdur və o, 20-ci əsrin ən görkəmli psixoloqlarından biri hesab olunur, lakin onun fəaliyyəti uzun müddət kölgədə qalmışdı və çox az adam tapılardı ki, onun tədqiqatları ilə maraqlansın. O deyir ki, bir dəfə təfəkkürün irrasionallığı barədə öz nəzər nöqteyimi amerikanın ən adlı-sanlı filosoflarından birinə danışanda, filosof qaşlarını çatdı və bildirdi: “Axmaqlıq psixologiyası məni maraqlandırmır”.

“Şəxsiyyət və qrupların psixilogiyası” jurnalında Riçard Uest, Ceyms Medison və Keyt Stanoviç tərəfindən aparılan yeni tədqiqat sübut edir ki, ağıllı insanlar bu tip səhvlərə daha çox yol verirlər.

Uest və onun həmkarları sorğu metodikasını işəyib hazırladılar və 482 tələbəni sınaqdan keçirdilər. Nümunə üçün daha bir məsələ:

Göldə zanbaqların olduğu sahə var. Hər gün bu sahə 2 dəfə artır. Məlumdur ki, zanbaqlar 48 gün ərzində gölün səthini bütünlüklə örtəcəklər.

Neçə gün ərzində zanbaqlar gölün səthinin yarısını örtə bilər?

Əksəriyyətin verilən suala ilkin reaksiyası belə oldu – onlar 48-i 2 bölüb, 24 aldılar.

Lakin bu səhvdir. Gölün səthinin yarısı zanbaqlarla 47 gün ərzində örtüləcək.

Uest və onun həmkarları tərəfindən həyata keçirilən tədqiqatın əsas məqsədi təkcə stereotip düşünmə tərzinin mövcudluğunu deyil, həm də insan intellekti və ilkin yanlış təəssürat arasındakı əlaqəni sübut etmək idi.

Nəticələr kifayət qədər təhlükəli idi. Müəyyən olundu ki, şüur heç də kömək etmir. Daha doğrusu, insan hərdən özü də bilsə ki, stereotiplərlə düşünür və məsələnin həlli zamanı buna düzəliş versə də, bu onu səhv qərar verməkdən xilas etmir.

Belə düşünmə tərzinin əsas təhlükəli nəticələrindən biri, “kor ləkə”, yəni “öz gözündə tiri görməməkdir”. Yəni, həmin insanlar başqalarının düşünmə tərzində müəyyən səhvlər tutsalar da, bunun səhv olduğunu dərk etmələrinə baxmayaraq, özləri də hiss etmədən həmin səhvi edirlər.
Uestin qrupu çətinliyi dörd səviyyədə olan suallar işləyib hazırladılar, bütün səviyyələrdə səhv qərarların faizi və “kor ləkə” amili kifayət dərəcədə hiss olunurdu. Təhsil səviyyəsi və müvəffəqiyyət isə heç bir rol oynamamışdı – Harvard, Priston və Massaçusets Texnoloji Universitetinin tələbələrinin 50%-i beysbol ağacı və top haqqında suala səhv cavab vermişdilər.

Bu tip “kor ləkələrin” yaranmasını nə ilə isə izah etmək mümkündürmü? Ehtimal var ki, bu, başqalarını və özümüzü fərqli qiymətləndirməyimiz ilə bağlıdır. Başqa insanın irrasional addımını qiymətləndrərkən biz insan davranışına əsaslanırıq, ona görə də qıraqdan həmin insanın düşüncələrindəki səhvləri aydın olaraq görə bilirik. Lakin öz qərarlarımızın qiymətləndirilməsi zamanı biz hətta ən məntiqsiz təhlilə belə əsaslanaraq, necə olursa olsun öz fikrimizə aydınlıq və bəhanə gətirəcəyik, hətta etdiyimiz səhvə görə başqa insanları günahlandıra bilərik.

Bizim irrasionallığımızın əsas səbəbi hələ də özünütəhlil üçün anlaşılmaz qalır, axı təhlil özü də problemdən rasional çıxış yoludur. Hədər yerə artıq düşünmək isə problemi daha da çətinləşdirə bilər.

Ümümilikdə, məqaləni bəlli olan bir həqiqətlə bitirmək olar – “Özümüzü nə qədər çox dərk etməyə çalışırıqsa, bir o qədər az başa düşürük”.

Son xəbərlər
Digər xəbərlər