2023-cü ildə Hesablama Palatası Zəngilan rayonunun 2-ci Ağalı kəndində icra olunan “Ağıllı kənd” layihəsinin hüquqi aktlara uyğunluğu ilə bağlı auditi başa çatdıra bilməyib.
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, auditin başa çatdırılması 2024-cü ilə keçirilib.
Bununla belə, ötən il qurum əvvəlki ilin İş Planı üzrə başa çatdıra bilmədiyi 1 auditin (Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi) nəticələrini rəsmiləşdirib.