13 C
Baku
Sunday, September 29, 2024

Ağıllı olmaq dəbdə deyil!

İnsanlar arıqlamaq, varlanmaq, həsəd doğuran əzələlərə sahib olmaq, dadlı yeməklərin dadına baxmaq və daim əylənmək istəyirlər. Lakin heç kim ağıllı olmaq istəmir! Nə qədər qəribə görünsə də, insanların əksəriyyəti belədir. Biz özümüzə hakim deyilik, öz düşüncələrimizi idarə edə bilmirik. Bu da zarafat deyil. Məşhur psixoanalitik Ziqmund Freyd bu problem ilə bağlı özünə hesabat verirdi. Freyd öz iddiaları ilə qərb aləmini heyrətə gətirmişdi. O bildirirdi ki, biz heç də fərz etdiyimiz qədər də ağıllı, şüurlu deyilik. Freyd bu problemi belə ifadə etmişdi: “İnsan hətta öz evinin belə sahibi deyil, ağlının da həmçinin”.

Dahi amerikan psixoloqu Uilyam Ceyms da 1899-cu ildə belə bir nəticəyə gəlmişdi. Ceyms ağıl üzərində bu idarə qabiliyyətinin olmamasının faciəvi nəticələrini irəli sürmüşdü.

Dalay Lama belə iddia edirdi: “Din – ağlı məşq etdirmək üçün ən yaxşı silahdır”. Biz hamımız öz ağlımızın əsiriyik. Və həqiqətən də insan bioloji mexanizm ola bilər. Bizim düşüncəmiz isə neyron əlaqələrinin kompleksidir. Biz beynimizdə yaranan düşüncələrdən məmnunluq duyduğumuz kimi, əziyyət də çəkə bilərik. Bizim düşüncəmiz daimi məmnunluq tələb edir. Hər kəs öz məmnunluq obyektini özü seçir, daha çox simpatiya duyduğu şeyə inanır. Bununla da, öz istəklərinin əksinə olan heç bir şeyə inanmaq istəmir. İnsanlar darıxdırıcı şeylərlə məşğul olmaq istəmir.

Demək olar ki, heç kim ağıllanmaq istəmir. Özümüzü elə olduğumuz kimi qəbul edirik. Bu zaman nəyə lazımdır özünü təkmilləşdirmə?! Bu kimə lazımdır?! İnsan özünü idarə edə bilərmi? Meditativ təcrübə belə desək “ağıl bulanıqlığını” dayandırmağa və ağlı daha sözəbaxan etməyə imkan verir.

Bundan əlavə, hər kəs necə yaşayacağını özü seçir. Bəs həqiqətənmi insanlar hər şeyin əslində necə olduğunu bə həqiqətin nədə olduğunu öyrənmək istəmir? Freyd deyirdi: “Kütlə heç vaxt əsl həqiqəti öyrənmək arzusunda olmur. Onlar onlarsız yaşaya bilmədikləri illuziyaları tələb edirlər”.

Sadəcə ətrafınıza fikir verin. Küçədə, ictimai nəqliyyatda rastlaşdığınız 10 insandan cəmi 1, yaxud 2-nin əlində kitab olacaq. Yerdə qalan digər insanlarda isə əksərən telefon, ya planşet görəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər