24 C
Baku
Tuesday, October 1, 2024

Ağıllılar heç də həmişə varlı olmur

Forbes jurnalının siyahısında ilk üçlüyün daimi iştirakçısı olan Warren Buffet-in belə bir deyimini yada salaq: “Əgər siz belə ağıllısınızsa, bəs onda mən niyə bu qədəq varlıyam?”.

Həqiqətən də niyə? Ağıllı olub varlana bilməyən insanlara məqsədlərinə çatmağa nə mane olur.

1) IQ intellektin qiymətləndirilməsi üçün yeganə vasitə deyil. İntellektin RQ (risk intellekti), EQ (emosional intellekt) və s. kimi növləri vardır. Zənginlik səviyyəsi adətən EQ ilə əlaqələndirilir.

2)Ambisiya və iradə. Bunlar intellektdən deyil, insanın böyüdüyü şərtlər və gendən asılıdır.

 3) Sağlamlıq. Bu ən az qiymətləndirilən amillərdən biridir.

4) Mühit. Bu zaman “doğru vaxtda doğru yerdə” deyimini xatırlamaq lazımdır.

5) Əlaqə yaratmaq bacarığı. Uğur qazanmış insanların bir çoxu bu cəhətdən başqa heç bir xüsusi istedada sahib deyillər.

6) Ailəyə kömək. Yəhudilərin tez bir zamanda uğur qazanmasının əsas səbəbi onların cəmiyyətinə bir-birinə kömək etməyə xüsusi önəmin verilməsidir.

7) Həddindən artıq çox bilik. Çoxlu təcrübə əksər hallarda kömək etməkdənsə, mane olur. Əvvəlcədən qarşıdakı problemləri görə bilmək kimi.

8) Müsbət əhval-ruhiyyə. Yüksək intellektli insanlara adətən aşağı səviyyəli əhval-ruhiyyə, vəziyyətdən çıxa bilməmək, özü-özünü mənfi düşüncələrə qərq etmək kimi xüsusiyyətlər xasdır. Bu xarakterlə optimist olmaq çətindir. Optimist olmadan isə heç nə əldə etmək olmaz.

9) Emisonal sabitlik. Həddindən artıq sakit və yaxud çılğın insan Forbes siyahısına düşmək üçün elə də yaxşı namizəd deyil. Lakin istisnalar mövcuddur. Məsələn, Craigslist yaradıcısı Kreyq Nyumark autizmli və insanlarla yola getməyən bir şəxsdir.

10) Həddindən artıq yüksək intellekt. Ən yaxşısı ətrafdakı insanlardan bir az ağıllı olmaqdır. İntellektin inkişaf səviyyəsi həddindən artıq yüksəkdirsə, bu adətən öz sahibinə mane olur.

Son xəbərlər
Digər xəbərlər