22 C
Baku
Friday, April 19, 2024

Ağıllılar üçün çətin suallar

1 . Britaniyalı alimlər bir gün ərzində atın bir cüt ayaqlarının 18 kilometr, digər cüt ayaqlarının isə 19 kilometr qət etdiklərini müəyyənləşdiriblər. Belə bir şey həqiqətən də ola bilərmi?

2 . 100 santimetr boyu olan balaca oğlan ağaca öz boyu hündürlüyündə mismar vurur. Üç ildən sonra o, yenə də ağaca öz hündürlüyündə bir mismar vurur. Bu vaxta qədər oğlanın boyu 20 santimetr, ağacın hündürlüyü isə 40 santimetr artır. Mismarlar arasında məsafə nə qədərdir?

3 . Bir ayın üç cümə günləri cüt rəqəmlərə təsadüf edib. Həmən ayın 18-ci həftənin hansı günü idi?

4 . Biri adını ölçülərinə görə alır, digəri – məlumat vermək bacarığına görə, üçüncüsü – dislokasiyasına görə, dördüncüsü isə – gizli qalmağa üstünlük verir… beşincisinin adı nədir?

5 . Bir kişi portretə baxır. Ondan soruşurlar :

– Kimin portretinə baxırsınız?

Kişi cavab verir :

– Mən ailədə tək uşaq olmuşam. Amma yenə də, portretdəkinin atası mənim atamın oğludur.

Kişi kimin portretinə baxırdı?

6 . İki kəndir var. Onların hər biri 1 saat yanır. 15 dəqiqəni necə ölçmək olar?

7 . Cırcırama yayda günün yarısını yatmaqla, günün digər üçdə bir hissəsini rəqs etməklə, altıda bir hissəsini isə – oxumaqla keçirirdi. Yerdə qalmış vaxtı qışa hazırlığa həsr etmək qərarına gəlir. Cırcırama gün ərzində neçə saat qışa hazırlıq görürdü?

8 . Kral şahzadənin varlı birisi ilə evlənməsinə qərar verir. Şahzadə etiraz edir.

Kral qızına deyir:

– Öz taleyini sən özün təyin edəcəksən. Hər kəsin toplandığı sahədə torpaqdan qara daş çıxartsan, mənim dediyim kimi olacaq. Ağ daş çıxartsan, sən istədiyin kimi olacaq.

Lakin qulluqçu şahzadəyə kralın haqsızlıq edib torbaya iki qara daş atacağını deyir. Şahzadə insanlar arasında kralın ədalət duyğusuna ləkə gəlməsindən çəkinərək hər kəsin qarşısında torbanın içində yalnız qara daşların olduğunu göstərə bilmir. Amma şahzadə səhər onu xilas edəcək bir şey edir. O, nə etmişdir?

9 . Masanın üzərində ümumi məbləği 3 qəpik olan iki sikkə var. Onlardan birinin 1 qəpik olmadığını nəzərə alsaq, masanın üzərində hansı qəpiklər var idi?

10 . Hökumətin sevmədiyi bir müdrik var idi. Onu edam etmək qərarına gəlirlər. Və bəyan edirlər: “ O, öz ölümünü özü seçəcək. Əgər onun son sözü yalan olsa, müdriki asacaqlar. Əgər doğru olsa, suda batıracaqlar.” Müdrik fikirləşir və onu ölümdən qurtaran bir söz deyir. Müdrik nə demişdir?

11 . İki müdriki saraya gətirirlər. Onlardan hansının daha müdrik olduğunu təyin etmək istəyirlər. Və belə bir yarışma keçirdirlər: İki ağ, bir qara olan üç papaqdan hər birini qaranlıq otaqda müdriklərin başlarına taxacaqlar. Sonra isə onları güzgüsüz otaqda bir-biriləri ilə üzbəüz qoyacaqlar. Onun başında hansı papağın olduğunu birinci deyən kəs daha müdrik elan ediləcək.

Müdriklər uzun zaman bir-birilərin qarşısında dururlar. Onların hər birisinin başında ağ papaq var idi.

Və qəflətən müdriklərdən biri dedi: “Mənim başımda ağ papaq var!” Müdrik nə cür düşünərək bu qərara gəlmişdi?

12 . Qaz sürüsü uçurdu və onların qarşısına bir qaz çıxır və deyir:

– Salam, 100 dənə qaz!

Onlar isə cavab verirlər:

-Biz 100 dənə deyilik. Əgər biz indi olduğumuz qədər olsaydıq və üstəlik onun yarısı qədər, üstəlik əvvəl olduğumuzun da dörddə biri qədər və sən də olsaydın, onda biz 100 dənə qaz olardıq.

Sürüdə neçə qaz var idi?

13 . Bir kişini onun otağında ölü vəziyyətdə tapırlar. Kişinin bədəni yazı masasının üzərinə tərəf əyilmişdi, əlində tapança var idi və masanın üzərində diktofon var idi. Polislər diktofonu işə salırlar və mərhumun səs yazısını eşidirlər: “Mən daha yaşaya bilmirəm. Həyat mənim üçün mənasını itirib…” Bundan sonra atəş səsi eşidilir.

Sizcə polislər bu hadisənin intihar olmadığını və kişinin öldürüldüyünü necə anlayırlar?

Son xəbərlər
Digər xəbərlər