Avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin müşayiət və mühafizəsi üçün xidmət haqqı müəyyən ediləcək.
Avtomobil yolları ilə iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı “Avtomobil nəqliyyatı” və Dövlət rüsumu haqqında qanunlara təklif olunan təklif olunan dəyişiklikdə əksini tapıb.
Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (Daxili İşlər Nazirliyi (DİN)) və mühafizə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.