23 C
Baku
Friday, April 19, 2024

Ağlasığmaz oğurluq: təyyarədən 6 dəqiqəyə 5 milyon dollar oğurlandı

Beş maskalı mühafizəçiləri neytrallaşdırdı və pul torbalarını laynerdən sakitcə çıxartdı

 Braziliyanın San Paulu ştatında naməlum şəxslər Kampinas şəhərinin beynəlxalq hava limanının baqaj bölməsini soyaraq özləri ilə 5 milyon dollar aparıblar. Bu barədə Globo telekanalı məlumat verib.

Polisin verdiyi məlumata əsasən, naməlum şəxslər avtomobillərinin üzərinə daxili təhlükəsizlik xidmətinin saxta nişanlarını yapışdıraraq hava limanının ərazisinə daxil olublar. Daha sonra, avtomobildən maskada beş silahlı adam çıxıb, onlar mühafizəçiləri neytrallaşdırıb və təyyarədən 5 milyon dollar pul oğurlayıblar.

Oğurlanmış pullar Lufthansa aviaşirkətinin təyyarəsi ilə İsveçrənin Sürix şəhərinə göndərilməli idi.

Məlumatda bildirilir ki, cinayətkarlara oğurluq üçün cəmi altı dəqiqə kifayət edib. Hazırda polis şübhəliləri axtarır.

Oğurlanmış pullar qiymətli əşyaların çatdırılması ilə məşğul olan nəqliyyat operatoru – Brink’s şirkətinin nəzarəti altında daşınırdı. Hücum nəticəsində zərər çəkənlər haqqında məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər