16 C
Baku
Monday, May 20, 2024

Ağrıları necə dəf edə bilərik?

Müasir insan ən çox nədən qorxur? İqtisadi böhrandan, müharibədən? Xeyr, xeyr və bir daha xeyr.

XXI əsrin “uşaqları” ağrıdan qorxurlar. Bunun səbəbi insan orqanizminin mutasiya etməsində deyil, psixologiyadadı. Biz rahatlığa o qədər öyrəşmişik ki, cüzi ağrı hissləri belə bizi apteklərə getməyə və ovuc dolusu dərmanlar qəbul etməyə məcbur edir.

Lakin ağrıdan qurtulmağın digər üsulları da var. Məsələn, öz beynimizə hiylə quraraq ağrılardan azad ola bilərik.

1 . Qəhvə için

Hər il qış mövsümü bitdikdən sonra və yay başlayarkən biz aynanın qarşısına keçirik və özümüzə tənqidlə yanaşaraq yeni çimərlik mövsümünə hazır olmadığımızı qəbul edirik. Arıqlamaq üçün idman zallarına gedib bir sıra məşqlər edirik. Çox yorulsaq da, yeni günün səhəri açılmayana qədər özümüzü çox yaxşı hiss edirik.

Orqanizm bu qədər ağır yük qəbul etməyə öyrəşmədiyi üçün bizim əzələlərimiz, belimiz çox bərk ağrıyır, əllərimiz, ayaqlarımız hərəkətsiz olur. Bunlardan sığortalanmaq üçün daha öncədən orqanizmimizi kofeinlə «isitməliyik».

Alimlər belə bir tədqiqat keçirdiblər. Bir qrup iştirakçılara kofeinli həblər verilmişdi. Qeyd edək ki, bir həbin dozası iki fincan yarım qəhvənin miqdarına bərabər idi.

İkinci qrup iştirakçılara ağrı kəsici dərman verilmişdi. Lakin bu dərmanlar əslində palsebo idilər.

Daha sonra iştirakçılar bütün günlərini idman zalında keçirdirlər.

Nəticədə, kofeinli həblər qəbul etmiş insanların növbəti günün səhəri özlərini daha fəal hiss etdikləri aşkar olunmuşdu.

2 . Bədəninizin ağrıyan hissəsinə baxın

Aldığınız axırıncı xəsarəti yada salın. Sizin ayağınız burxulmuşdu, yoxsa barmağınızı kəsmişdiniz?

Bu baş verən an siz nə hiss etmişdiniz? Çox güman ki, siz xəsarətinizin çox ciddi və ağrılı olduğunu düşünmüşdünüz. Vahiməyə qapılmamışdan əvvəl zədələnmiş nahiyəyə diqqətlə baxın və bunun nə qədər ciddi olduğunu qiymətləndirin. Bunun ağrını nə qədər azaldacağını təsəvvür belə etmirsiniz.

Alimlər belə bir sınaq keçirdiblər: onlar infraqırmızı şüalarla iştirakçıların sağ əllərini “yandırırdılar”. İştirakçılar isə güzgüdə sol əllərinin əksini görürdülər. Digər sözlər ilə desək, iştirakçılar ağrı hiss edirdilər, lakin güzgüyə baxaraq əllərinin sağ-salamat olduqlarını görürdülər və ağrı hissi keçirdi.

Kiçik bir nüans: siz mütləq bədəninizin ağrıyan hissəsinə baxmalısınız, başqalarının “xoşbəxtliyinə” tamaşa etmək sizə ağrılardan qurtulmağa kömək etməyəcək.

3 . Gülün

Təsəvvür edin ki, siz gecənin bir yarısı oyanmısınız və ayaq yoluna getmək istəyirsiniz. Siz yerinizdən durursunuz, ayaq yoluna getmək istəyirsiniz və ayağınız qapıya dəyir. Sizin ayağınız çox bərk ağrıdır!

Bu an siz nə edərdiniz? Gülə bilərdinizmi?

Psixoloqlar bəyan edirlər: «Gülüş ən yaxşı dərmandır». Gülüş insan beyninin endorfin- xoşbəxtlik hormonu – ifraz etməsinə kömək edir. Endorfin ağrıkəsici xüsusiyyətlərə malikdir.

15 dəqiqə gülüş ağrı hisslərinin 10% azaldılmasına səbəb olur.

Lakin gülüşün müalicəedici olması üçün siz ürəkdən gülməyi öyrənməlisiniz.

4 . Özünüzü ağrının yaxşı bir hiss olduğuna inandırın

Neyrolinqvistik proqramlamaya hər kəs bir cür yanaşır. Bəziləri bunun cəfəngiyat olduğunu, bəziləri isə həqiqətən də kömək etdiyini hesab edirlər.

Ağrıyan diş ciddi stomatoloji problemlərin olduğunu göstərir, məşqdən sonra əzələlərdə olan ağrı isə atrofiyanın göstəricisidir. Məhz bu səbəbdən bizim beynimiz ağrını yaxşı bir hiss kimi qəbul edə bilir.

Bunu sübut etmək üçün alimlər bir sıra tədqiqatlar aparırlar. Hər iki qrup iştirakçıların əllərini kəndirlə bağlayırlar və qanın dövran etməsinə maneə olurlar. Birinci qrup iştirakçılara sınağın onların səhhətinə zərərli olduğunu deyirlər. İkinci qrup iştirakçılara isə, əksinə, bu sınağın onlara xeyirli olduğunu və əzələlərinin bərkiyəcəyini deyirlər. Nəticədə tədqiqatçılar birinci qrup iştirakçıların daha çox ağrı hiss etdiklərini müşahidə etmişdilər.

5 . Dəhşətli olan nəyəsə baxın

Özünüzü stomatoloqun kreslosunda təsəvvür edin: qorxudan tir-tir əsərək sizi «işgəncə edən» alətlərə baxırsınız, qorxudan bütün üzünüz soyuq tərlə örtülüb.

Sizi bir az da olsa yayındırmaq üçün qayğıkeş həkim otaqda sakitləşdirici şəkillər asıb. Məsələn, gözəl mənzərəli şəkillər və yaxud pişiklərin əks olunduğu şəkillər. Lakin həkim bu halda qorxuducu şəkillərin daha yararlı olacaqlarını nəzərə almayıb.

Alimlər belə bir tədqiqat keçirdiblər: onlar iştirakçılara insanları müxtəlif hallarda – normaldan tutmuş katastrofik hallara qədər – göstərən slaydlar nümayiş etdirirdilər. Nümayişdən öncə isə onlara əllərini buz kimi soyuq olan su ilə dolu çənə salmaq xahiş edilmişdi. Dəhşətli görüntülərə baxanlar ağrını daha uzun müddətli və daha asan keçirtmişdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər