Azərbaycanda 22 yaşlı bizneslərdən biri “Aqrovest” MMM-ə (“Agro-West”) yaxın olan şirkət təsis edilib.
Banker.az xəbər verir ki, “Aqro-Vest Food” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1805918511) adlı şirkət Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.
Bu şirkət xaricdən ölkəyə qida məhsulları idxal edən və istehsal “Aqro-Vest DC” MMC ilə eyni ünvanda, eyni şəxsin rəhbərliyi altında yaradılıb..
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ştq, Bəşir Bünyadov (Bakıxanov qəs.) ev.12-də yaradılıb.
Şirkətin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi İlqar Haqverdiyev Mehdi oğludur.
“Aqro-Vest”lər 2000-ci illərdən başlayaraq ölkədə fəaliyyətdədir.
“Aqro-Vest” MMM fındıq və fındıq məhsulları (qovrulmuş və doğranmış fındıq, fındıq pastası, ağardılmış fındıq ləpəsi) ixrac edir. Ölkənin qeyri-neft sektorunda sayılıb-seçilən şirkətdir.