21 fevral 2025-ci ildə Ağstafa Sənaye Kombinatı ASC-nin səhmdarlarının növbəti ümumi yığıcağının keçirilməsi nəzərdə tutulub.
Banker.az xəbər verir ki, iclasdakı gündəlik məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2024-cü ilin maliyyə təsərrüfat fəaliyyətinə dair idarə heyyətinin hesabatı.
2. Təşkilatı məsələlər (İdarə Heyyətinin müşahidə şurasının, maliyyə təftiş komissiyasının üzvlərinin seçilməsi).
3. Yaranmış vergi borcunun ödənilməsi üçün maliyyə mənbələrinin axtarılması və cəmiyyətin balansında olan mərkəzi bazada yerləşən əmlak kompleksinin satılması.
4. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncaqda şəxsiyyətini təsdiq edən sənədlə və ya onlara verilmiş etibarnamə ilə iştirak edə bilərlər. İclas Ağstafadakı Mərkəzi bazada İdarə binasında keçiriləcək.