16 C
Baku
Wednesday, October 23, 2024

Ağstafanın icra başçısı Goranboya təyinat aldı

Məhərrəm Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək digər rayona təyinat alması haqqında Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.

“Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”- deyə, sərəncamda qeyd edilib.

Sərəncama əsasən, M.Quliyev bundan sonra Goranboyun İH-nə başçılıq edəcək.

O,Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-cı il tarixli Sərəncamı ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdi.

Digər sərəncamla isə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

N.Quliyev isə Prezidentin 24 sentyabr 2009-cu ilin tarixli Sərəncamı ilə Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər