8 C
Baku
Sunday, December 22, 2024

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb

Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.

Son xəbərlər
Digər xəbərlər