15 C
Baku
Saturday, April 20, 2024

Ağsu rayonunda yanğın başlayıb

Ağsu rayonu, Bico kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 30 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər
Digər xəbərlər