23 C
Baku
Wednesday, October 5, 2022

Ağsuda şadlıq sarayı cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən, vəzifəli şəxs Qaniyev Elvin Zahir oğluna məxsus “Asiman” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar edilib. Belə ki, sıxlıq normalarına əməl edilmədiyi, normadan artıq qonaq qəbul olunduğu, oturacaqlar və masalararası məsafənin gözlənilmədiyi müəyyən edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər
Oxşar xəbərlər