8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Avropa Birliyi Əfqanıstana €1 mlrd. humanitar yardım ayıracaq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen oktyabrın 12-si öz “Twitter” səhifəsində bildirib ki, Brüssel Əfqanıstana 1 milyard avro məbləğində humanitar yardım paketi ayıracaq.

Banker.az xəbər verir, “Biz Əfqanıstanda böyük humanitar və sosial-iqtisadi çöküşün qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, – deyə Ursula fon der Leyen söyləyib.

300 milyon avro koronavirusa qarşı peyvənd istehsalına və insan hüquqlarının qorunmasına, 200 milyon avro isə səhiyyəyə yönəldiləcək.

Qeyd edək ki, ölkədəki vəziyyət 2001-ci ildən bəri Əfqanıstanda silahlı qüvvələri olan ABŞ qoşunlarını geri çəkdikdən sonra gərginləşməyə başlayıb. Avqustun 15-i Taliban Kabilə daxil olub. Silahlılar Əfqanıstanda “müharibənin bitdiyini” elan edərək, bunu ölkənin “azad edilməsi” adlandırıb.

Son xəbərlər
Oxşar xəbərlər
X