20 C
Baku
Monday, October 20, 2025

Aİ 20 oktyabrda Rusiyadan qaz idxalına qadağa qoyacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin energetika nazirləri 20 oktyabrda Rusiyadan Aİ ərazisinə qaz tədarükünün tamamilə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyə bilərlər. “Politico”nun mənbələrinə görə, bu qərara Macarıstan və Slovakiyanın etirazları təsir göstərməyəcək.

“Onlar (Macarıstan və Slovakiya) diversifikasiya üçün az iş görüblər, sanksiyalara qarşı çıxıblar… Onları məcbur etməkdən başqa yol yoxdur”, — deyə adının çəkilməsini istəməyən Avropa diplomatı bildirib.

Neft-qaz sahəsinin ekspertlərinin fikrincə, Rusiyadan qaz idxalına qadağa enerji daşıyıcılarının qiymətlərinin 5–10% artmasına səbəb olacaq. “Politico” qeyd edir ki, Slovakiya və Macarıstanın müqavimətinə baxmayaraq, qərar səs çoxluğu ilə qəbul ediləcək, çünki Avropa Komissiyası (AK) bu qanun layihəsini Aİ-nin ticarət siyasəti çərçivəsində həyata keçirir. Bu halda, sanksiya tədbirlərindən fərqli olaraq, Aİ Şurasında veto hüququ qüvvədən düşəcək.

Avropa Komissiyası vurğulayır ki, Rusiyadan qaz idxalına qadağa müddətsiz tətbiq olunur, çünki bu qərar Rusiya əleyhinə birtərəfli sanksiyaların siyahısına daxil deyil. Digər mümkün məhdudiyyətlər arasında qara siyahıya 118 yeni tankerin əlavə olunması, həmçinin “Rosneft” və “Gazprom neft” şirkətləri ilə maliyyə əməliyyatlarının qadağan edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər