13 C
Baku
Friday, November 22, 2024

Aİ 2022-ci ilin fevralından bəri qaza görə €180 mlrd. artıq ödəyib

Avropa İttifaqı ötən ilin fevralından qaz idxalına 304 milyard avro xərcləyib – anti-Rusiya sanksiyaları səbəbindən təşkilat 185 milyard avro artıq ödəniş edib.

“Eurostat” qeyd edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiq olunmağa başladığı ötən ilin fevralından bu yana Aİ-nin qaz idxalının orta aylıq dəyəri 15.2 milyard avroya yüksəlib ki, bunun da 7.7 milyard avrosu maye qaz, qalan 7.5 milyard avrosu isə boru kəməri vasitəsilə nəql olunan qazın payına düşür.

Hesablamalardan belə çıxır ki, 20 ay ərzində qaza görə artıq ödəniş 185 milyard avro təşkil edib və ümumilikdə assosiasiya ölkələri bu yanacağa 304 milyard avro xərcləyib.

Bundan əvvəl Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirmişdi ki, “Slovnaft” Rusiya neftinin Aİ-nin sanksiyalar siyahısından çıxarılmasını bir il müddətinə uzatmağa çalışır.

Son xəbərlər
Digər xəbərlər