9 C
Baku
Friday, December 13, 2024

Aİ 2023-cü ildə Rusiyadan qaz idxalını 40-45 mlrd. kubmetrə qədər azaldacaq

Avropa İttifaqı ölkələri 2023-cü ildə Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə qədər azaltmaq niyyətindədir. Bu barədə ABŞ-Aİ işçi qrupunun görüşünün yekunlarına dair bəyanatda deyilir.

Görüşdə həmçinin Avropa ölkələrinə təbii qaz tədarük mənbələrinin şaxələndirilməsi və ABŞ ilə Aİ arasında mayeləşdirilmiş təbii qaz ticarətinin həcminin artması müzakirə olunub. Bəyanatda həmçinin deyilir ki, Vaşinqton Avropaya ən böyük mayeləşdirilmiş qaz tədarükçüsüdür.

Tərəflər həmçinin Avropa İttifaqının qaza olan tələbatın daha da azaldılması istiqamətində atdığı konkret addımları, o cümlədən “enerji səmərəliliyinin artırılması üzrə tədbirləri” müzakirə ediblər.

Daha əvvəl Avropa Komissiyasının sədr müavini Maros Şefçoviç Rusiya qazının tədarükündən tamamilə imtinanı “demək olar ki, qeyri-mümkün missiya” adlandırmışdı. Baxmayaraq ki, Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarları indi bütün müşahidə tarixində maksimum dərəcədə doludur, bu, yanacağın maya dəyərinin azalmasına səbəb olmayacaq. Beynəlxalq Enerji Agentliyi 2027-ci ilə qədər Avropada qazın qiymətinin min kubmetr üçün orta hesabla ən azı 450 dollar olacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər