6 C
Baku
Sunday, December 15, 2024

Aİ 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək

Avropa İttifaqı Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını razılaşdırmaq üçün 2024-cü ilin əvvəlində növbədənkənar sammit keçirəcək.

Bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən ikigünlük sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi, amma 26 qəbul etmək üçün kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin iştirakı ilə xüsusi sammitimiz olacaq”, – o deyib.

Son xəbərlər
Digər xəbərlər