12 C
Baku
Saturday, November 23, 2024

Aİ 2025-ci ildən Rusiya qazının Ukrayna vasitəsilə tranzitindən imtina edəcək

Avropa İttifaqı 2025-ci ildən Rusiya qazının Ukrayna vasitəsilə tranzitindən imtina edəcək.

Bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir.

Qeyd edək ki, tranzit sazişinin müddəti 2024-cü il dekabrın 31-də başa çatacaq

Bununla yanaşı, komissar etiraf edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qadağa qoyulmasını dəstəkləmir.

Son xəbərlər
Digər xəbərlər