32 C
Baku
Monday, July 22, 2024

Aİ 2030-cu ilə qədər enerji istehlakını 11.7% azaldacaq

Avropa İttifaqı (Aİ) blok ölkələrinin enerji istehlakını 2030-cu ilə qədər 11.7% azaltmağa razılaşıb. “Bu, iqlimin xeyrinə və Putinin ziyanına real dəyişiklik demək olacaq”, – Avropa Parlamentinin danimarkalı danışıqlar aparatçısı Nils Fulsanq bildirib.

İlkin olaraq 2021-ci ildə Aİ enerji istehlakını 9% azaltmağı təklif edib, lakin 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda Rusiya enerjisindən tez bir zamanda imtina etmək üçün hədəfi 13%-ə çatdırıb.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Bəzi Aİ ölkələri enerji istehlakını 9% azaltmağın tərəfdarı olduğundan, Avropa Parlamenti aparılan danışıqlar nəticəsində kompromis əldə edib: 2030-cu ilə qədər enerji istehlakı gözlənilən səviyyədən 11.7% aşağı olacaq.

Razılaşma o deməkdir ki, 2024-cü ildən 2030-cu ilə qədər Aİ ölkələri son enerji istehlakını ildə orta hesabla 1.49% azaltmalı olacaq. Müqavilə hüquqi qüvvəyə minməzdən əvvəl Avropa Parlamentində və Aİ ölkələrində yekun təsdiqdən keçməlidir.

Son xəbərlər
Digər xəbərlər