Avropa İttifaqı (Aİ) 2035-ci ilə qədər döyüş hazırlığının artırılması proqramına 6,8 trilyon avro ayıracaq. Bu barədə Aİ-nin müdafiə üzrə komissarı Andrius Kubilius məlumat verib.
“Ola biləcək təhlükələrə qarşı baza səviyyəsində təhlükəsizlik 2030-cu ilə qədər təmin edilməlidir”, — deyə o bildirib.
Kubilius vurğulayıb ki, bu məqsədə çatmaq üçün Avropa səviyyəsində mövcud bütün resursların səfərbər edilməsi tələb olunur.
16 oktyabrda “Deutsche Welle” Almaniyanın müdafiə naziri Boris Pistoriusun çıxışına istinadən xəbər verib ki, Aİ ölkələri Ukraynaya ABŞ silahlarının tədarükü üçün hər ay 1 milyard dollar ödəməyi öhdələrinə götürüblər. 2025-ci ilin sonuna qədər bu ödənişlərin ümumi məbləği 3 milyard dollara çata bilər.
15 oktyabrda “Bloomberg” öz mənbələrinə istinadən yazıb ki, yaxın aylarda Aİ müttəfiqlərinə beşillik yenidən silahlanma və Rusiyanı caydırma planı çərçivəsində pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə ilə bağlı birgə layihələr başlatmağı təklif edəcək.