15 C
Baku
Saturday, April 20, 2024

Aİ Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlayacaq

Avropa İttifaqı (Aİ) Şurası Albaniya və Şimali Makedoniya ilə Aİ-yə üzvlük barədə danışıqlara başlamaq qərarına razılıq verib.

Bu barədə Çexiyanın Baş naziri Petr Fiala tviter səhifəsində məlumat yayıb.

Onun ölkəsi hazırda Aİ Şurasına sədrlik edir.

“Çexiyanın başçılıq etdiyi Aİ Şurası indicə Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlamağa razılıq verdi. Biz Qərbi Balkanların Aİ-yə yaxınlaşması istiqamətində daha bir mühüm addım atdıq. Bu, bizim sədrliyimiz üçün böyük uğurdur”, – onun paylaşımında deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər