22 C
Baku
Friday, May 10, 2024

Aİ Alina Kabayevaya sanksiya tətbiq edə bilər

Rusiyalı gimnast Alina Kabayevanın adı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 6-cı sanksiyalar paketinə daxil edilib.

Bu barədə  Avropa Komissiyasının adı açıqlanmayan, lakin təklif edilən sənədlə tam tanış olan iki diplomatı məlumat verib.

Bildirilib ki, qərarla bağlı müzakirələr davam edir və bu yekun qərarın qəbul edilməsi o qədər də asan deyil.

Məlumatda vurğulanıb ki, hazırkı mərhələdə üzv ölkələrin fikirləri əsasında adlar sanksiyalar siyahısına daxil edilə və ya siyahıdan çıxarıla bilər.

Qeyd edək ki, Moskva və bütün Rusiyanın patriarxı Kirillin də adı Aİ-nin təklif edilən 6-cı sanksiyalar siyahısına daxil edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər