12 C
Baku
Saturday, November 23, 2024

“Aİ anti-Rusiya sanksiyalarından zərər çəkən şirkətlərə yardım edəcək”

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalardan zərər çəkmiş şirkətlərə birbaşa dəstək olmaq üçün silsilə tədbirlər hazırlayır.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti hazırlanan sənədlərin layihə variantına istinadən yazıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqı enerji daşıyıcılarının qiymətinin qalxmasından əziyyət çəkən Avropa müəssisələrinə subsidiya vermək niyyətindədir.

Eyni zamanda Aİ-dəki tənzimləyicilər orqanlar qeyd ediblər ki, yardım “subsidiya yarışı”nın və ümumi bazarda ədalətli rəqabət mexanizmlərinin pozulmasının qarşısını almaq üçün mövcud normativ bazaya uyğun olaraq “məqsədli və mütənasib” olmalıdır.

Son xəbərlər
Digər xəbərlər